Kreml Rusiya və ABŞ arasındakı münasibətlərin normallaşması üçün Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan imtina etməsinin vacib olduğunu bəyan edib.
Milli.Az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskva bu sanksiyaları qanunsuz hesab edir və onların aradan qaldırılmasının ikitərəfli əlaqələrə müsbət təsir göstərəcəyini düşünür.
"Bizim bu sanksiyalara münasibətimiz hamıya məlumdur - biz onları qanunsuz hesab edirik. Əgər ikitərəfli münasibətlərin normallaşdırılmasından danışırıqsa, onları bu mənfi yükdən azad etmək lazımdır", - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
ABŞ-ın bəzi sanksiyaları ləğv edə biləcəyi ilə bağlı yayılan məlumatları şərh edən Peskov qeyd edib ki, bu mövzuda hələlik rəsmi açıqlamalar verilməyib.
Milli.Az