Dünya

Eşşək ətinin ən çox yeyildiyi ölkələr

4 Mart 2025 08:12
Baxış: 2 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada eşşək ətinə tələbat ildən-ilə artır. Teleqraf xəbər verir ki, bu barədə OIE (Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı) və FAO-nun (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) hesabatında qeyd olunur.

Milli.Az xəbər verir ki, 2023-cü ildə dünyada eşşək ətinin istehlakında Çinin payı 82,76% təşkil edib. Niger və Malinin payı isə 8,52% və 3,55% olub. Digər ölkələrin payları minimal olub.

Niger, Mali, Seneqal və Mavritaniya kimi Afrika ölkələrində də eşşək ətinə tələbatın artdığı müşahidə olunur.

Dünyanın 30-da çox ölkəsində eşşək ətindən istifadə olunur. Çin, Niger, Hindistan, Braziliya, Somali, Nigeriya, Tanzaniya, Keniya, Cad, Meksika, Misir, Sudan kimi ölkələrdə eşşək əti açıq bazarlarda satılır. (Teleqraf)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.