100 dollarlıq əskinasda Benjamin Franklinin fotosunun yerinə prezident Donald Trampın fotosunun həkk olunması təklif edilir.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ konqresmeni Brandon Gill təklif irəli sürüb.
O bildirib ki, Trampın fotosu hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra əskinasa həkk edilməlidir.
Qeyd edək ki, əskinaslarda sağ insanların təsvirinə icazə vermək üçün əvvəlcə ABŞ-nin mövcud qanunvericiliyinin dəyişdirilməsi tələb olunur. (Bizim.Media)
Milli.Az