Dünya

Ən çox ölümcül silahı Ukraynaya bu ölkələr verir

2 Mart 2025 21:00
Baxış: 1 133
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ordusu ən çox ölümcül silahları Böyük Britaniya, Kanada, Almaniya və İtaliyadan alır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya İstintaq Komtəsinin sədri Aleksandr Bastrıkin deyib.

"Müdafiə Nazirliyi ilə birlikdə xarici silahların və digər texnikanın tədarükü faktlarını sənədləşdiririk. Ən ölümcül silahlar Böyük Britaniya, Kanada, İtaliya, Almaniya, Rumıniya, Estoniya və bir sıra digər ölkələr tərəfindən verilir. "Storm Shadow" qanadlı raketləri, artilleriya mərmiləri və buraxılış qurğuları, tank, minaatan mərmiləri, aviabombalar və patronlar Avropadan tədarük edilir. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri təkcə döyüş əməliyyatlarında deyil, həm də mülki hədəflərə hücumlarda geniş istifadə olunan pilotsuz təyyarələr alır", - Bastrıkin bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.