Dünya

"Moskva və Vaşinqton müharibənin qarşısını almağa borcludurlar"

2 Mart 2025 20:23
Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Moskva və Vaşinqton Ər-Riyadda keçirilən danışıqlarda etiraf ediblər ki, qlobal gündəmdəki bütün məsələlərdə eyni düşünə bilməzlər, lakin hər iki tərəf müharibənin qarşısını almağa borcludur".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Krasnaya Zvezda" nəşrinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz heç vaxt dünya siyasətinin hər bir məsələsində eyni cür düşünməyəcəyik. Biz bunu Ər-Riyadda etiraf etdik. Amerikalılar da bunu etiraf etdilər. Onlar özləri, əslində, bunu deyiblər", - Rusiya XİN rəhbəri bildirib.

Lavrov qeyd edib ki, Rusiya və ABŞ bir tərəfdən ümumi maraqlar tapıb çoxlu qarşılıqlı faydalı işlər görə bilər, digər tərəfdən isə maraqların uyğunsuzluğu halında hər şeyi müharibə vəziyyətinə salmamağa borcludurlar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.