Dünya

Tramp Zelenski ilə görüşdən sonra onunla fəxr edir

2 Mart 2025 15:28
Baxış: 1 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ rəhbəri Donald Tramp vitse-prezident Ceyms Devid Vensin Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə söylədiyi fikirlərdən təsirlənib.

Milli.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Rəsmilərin dediyinə görə, Tramp tabeliyində olanlara dəfələrlə qeyd edib ki, onun keçmiş vitse-prezidenti Mayk Pens bunu etməzdi və o, Venslə fəxr edir.

Digər respublikaçılar da Vensin davranışını müsbət qiymətləndiriblər.

Eyni zamanda, vitse-prezidentin tabeliyində olan şəxslər onun görüşü pozmaq istəmədiyini, lakin danışıqlar zamanı Amerika dövlətinin başçısını dəstəkləmək istədiyini iddia ediblər. "Report"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.