Dünya

“Ukrayna “Türk axını”na PUA-larla hücum edib”

1 Mart 2025 16:20
Baxış: 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Volodimir Zelenskinin ABŞ-yə səfəri günü Ukrayna Ordusu Kubandakı "Türk axını" qaz kəmərinin kompressor stansiyasına üç PUA ilə hücum edib".

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqram kanalında məlumat yayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, üç pilotsuz təyyarə "Türk axını" ilə qaz tədarük edən "Russkaya" kompressor stansiyasının infrastrukturuna hücum etməyə cəhd edib və vurulub. Qeyd edilib ki, bu, stansiyaya ilk hücum deyil.

"Fevralın 28-nə keçən gecə V. Zelenskinin Vaşinqtona səfəri fonunda Kiyev rejimi Avropa ölkələrinə qaz nəqlini dayandırmaq üçün üç təyyarə tipli PUA-dan istifadə edərək Qay-Kodzor (Krasnodar diyarı) kəndində yerləşən "Russkaya" kompressor stansiyasının infrastrukturuna növbəti hücum cəhdi edib".

Müdafiə Nazirliyi əlavə edib ki, Rusiya hava hücumundan müdafiə bölmələri hər üç pilotsuz təyyarəni normal rejimdə işləyən kompressor stansiyasından təhlükəsiz məsafədə vurub./"Qafqazinfo"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.