Dünya

Həm Tramp, həm də Zelenskiyə zəng etdi

1 Mart 2025 09:28
Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb.

"Baş nazir həm Prezident Tramp, həm də Prezident Zelenski ilə danışıb. O, Ukraynaya sarsılmaz dəstəyini davam etdirir və Ukraynanın suverenliyi və təhlükəsizliyi əsasında dayanıqlı sülh yolu tapmaq üçün əlindən gələni edir", - deyə bəyanatda bildirilib.

O da qeyd olunub ki, Starmer Zelenski də daxil olmaqla, martın 2-də Londonda dünya liderləri ilə görüşməyi səbirsizliklə gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.