Dünya

Elvin Rusiya-Ukrayna müharibəsində itkin düşdü - FOTO

27 Fevral 2025 23:10
Baxış: 1 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həmyerlimiz Elvin Nuriyev Rusiya-Ukrayna müharibəsində itkin düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun Rusiyanın Kurs vilayətində gedən döyüşdə itkin düşdüyü bildirilir.

Elvinin atasının sözlərinə görə, ötən ayın 20-də onların olduğu mövqe pilotsuz uçuş aparatı (PUA) ilə vurularkən ölən yaralananlar olub və həmin tarixdən sonra oğlundan bir xəbər yoxdur.

Qeyd edək ki, əslən Lənkərandan olan Elvin Əlimusa oğlu Nuriyev sonradan ailəsi ilə Biləsuvarın Xırmandalı kəndinə köçərək orada yaşayıb. O, 10 il öncə Rusiyanın Tabolsk şəhərinə köçübmüş.

Elvin Rusiya vətəndaşlığını aldıqdan 3 ay sonra müharibəyə aparılıb.

1989-cu il təvəllüdlü E. Nuriyev ailədir, iki övladı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.