Dünya

"Bu il qurban kəsməyin!" - Kraldan çağırış

27 Fevral 2025 14:20
Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərakeşin Kralı VI Məhəmməd iqlim dəyişikliyinin yaratdığı quraqlıq və iqtisadi səbəblərdən bu il ölkədə heyvanların qurban kəsilməməsinə çağırıb. 

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Mərakeş Kralı VI Məhəmməd bu il ölkədə heyvanların qurban kəsilməməsi ilə bağlı xalqa çağırış edib.

Kral iqlim dəyişikliyi və iqtisadi çətinliklərin səbəb olduğu quraqlıq nəticəsində heyvanların sayının əhəmiyyətli dərəcədə azaldığını vurğulayaraq, bu il qurban kəsməməyin vacibliyini qeyd edib.

O, bu dini ayini Mərakeş xalqı adına özü yerinə yetirəcəyini bildirib. Kralın mesajı Mərakeşin dini işlər və vəqflər naziri Əhməd əl-Tövfik tərəfindən dövlət televiziyasından oxunub.

Qeyd edək ki, daha əvvəl 1963, 1981 və 1996-cı illərdə də Mərakeşdə insanlar qurban kəsməkdən çəkinməyə çağırılmışdı. Bu dəfə isə, xüsusilə aztəminatlı təbəqələr üçün böyük bir yük ola biləcəyi üçün, qurban kəsməmək tövsiyə olunub.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.