Dünya

İtkin düşən iş adamının meyiti meşədə tapıldı - Keniyada

25 Fevral 2025 19:31
Baxış: 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keniyada itkin düşən britaniyalı iş adamının meyiti Nayrobidən 60 mil aralıda kolluqda kisəyə bükmüş halda tapılıb.

Lent.az "The Guardian"a istinadla xəbər verir ki, "Fico" data analitika şirkətinin baş direktoru, 58 yaşlı Kempbell Skott fevralın 16-da "JW Marriott" otelində konfransda iştirak etmək üçün Keniya paytaxtına gəldikdən sonra itkin düşüb.

Meyit şənbə günü Nayrobinin cənub-şərqindəki Makonqo meşəsində çobanlar tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı məlum olub ki, mərhum boğularaq öldürülüb.

Qətllə əlaqədar bir taksi sürücüsü və gecə klubunun ofisiantı saxlanılıb. Onlar adam oğurluğu və qətldə şübhəli bilinirlər.

Polis hesab edir ki, onu qaçıranlar biznesmenin bank hesablarından pul çıxarmağa çalışıblar.

Hazırda istintaq davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.