Dünya

ABŞ Ukraynada prezident seçkilərinin keçirilməsində israrlıdır

20 Fevral 2025 00:30
Baxış: 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Birləşmiş Ştatları Ukraynada prezident seçkilərinin keçirilməsi üçün səylərini davam etdirəcək

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "The National Pulse" xəbər portalına müsahibəsində vurğulayıb.

Onun sözlərinə görə, müharibə zamanı seçkilərin keçirilə bilməyəcəyi fikri gülüş doğurur:

"ABŞ prezidenti Donald Tramp isə bunun baş verməli olduğunu düşündüyünü açıq şəkildə bildirib. Bilirsiniz ki, bu, Amerika siyasətidir, kifayət qədər sadə və aydındır".

Qeyd edək ki, Ukrayna konstitusiyasına görə, müharibə şəraitində ölkədə Prezident və Ali Radaya seçkilərin keçirilməsi qadağandır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.