Dünya

Zelenski: Bu xəbəri mətbuatdan öyrəndik

19 Fevral 2025 06:33
Baxış: 1 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müharibənin bitməsi üçün danışıqları Ukraynasız keçirmək mümkünsüzdür.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı bildirib.

O, Ər-Riyadda Rusiya ilə ABŞ arasında baş tutan danışıqların gözlənilməz olduğunu qeyd edib: "Bu bizim üçün sürpriz oldu, məncə bir çox insan üçün sürpriz oldu. Biz bu görüşün keçiriləcəyini mətbuatdan öyrəndik".

Zelenski müharibənin ədalətli şərtlər əsasında bitməsini istədiyini də vurğulayıb.

Bundan əlavə, Ukrayna lideri Türkiyə tərəfinə ölkəsinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstək üçün təşəkkür edib. /APA

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.