Con Kennedinin qardaşı oğlu ABŞ-də nazir oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Senatı fevralın 13-də Robert Kennedinin ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin (Səhiyyə Nazirliyi) rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.
Milli.Az xəbər verir ki, CNN-in məlumatına görə, bu qərarın lehinə 52 senator, əleyhinə isə 48 konqresmen səs verib.
Respublikaçı prezident Donald Trampın təklif etdiyi Kennedinin namizədliyi bütün Demokrat senatorlar, həmçinin Respublikaçılar Partiyasının Senatdakı keçmiş lideri, respublikaçı Mitç Makkonnell tərəfindən rədd edilib.
"Reuters" xəbər verir ki, konqresmenlər iki günlük dinləmələrdən sonra 71 yaşlı Kennedini səhiyyə naziri vəzifəsinə təsdiq ediblər.
Demokratlar Kennedini həyat qurtaran dərmanlara şübhə yaratmaq üçün sui-qəsd nəzəriyyələri yaymaqda və peyvəndlərlə mübarizədə maddi marağa malik olmaqda ittiham ediblər. Kennedi isə bu iddiaları rədd edərək mövcud peyvənd proqramlarını qoruyacağına söz verib.
Qeyd edək ki, Kiçik Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur.
Peyvənd əleyhdarı kimi tanınan Kennedi "Covid" peyvəndinə fəal şəkildə qarşı çıxaraq bu peyvəndin ölümlərə səbəb olduğunu iddia edib.
Kennedinin səhiyyə naziri vəzifəsinə təyin edilməsinə 77 Nobel mükafatçısı, tibb ictimaiyyətinin üzvləri və hətta əmisi oğlu Karolin Kennedi də daxil olmaqla, öz ailəsinin bəzi üzvləri də qarşı çıxıb. /APA
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
Bu qoç 1 milyon dollara satıldı
-
Britaniyada hava nəqliyyatında yeni problem - Reyslər ləğv edilir
-
Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı
XƏBƏR LENTİ
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)





