"Google"ın ardınca "Apple" şirkəti də öz xəritələrində "Meksika körfəzi"nin adını "Amerika körfəzi"nə dəyişib.
Milli.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yenilənmiş xəritə əvvəl "AppleMaps"in Amerikadan olan istifadəçiləri üçün yararlı olacaq. Bir müddətdən sonra isə bütün dünya üzrə istifadəçilər yenilənmiş adı görə biləcəklər.
Qeyd edək ki, ötən gün "Google" şirkətinin öz xəritələrində rəsmi olaraq "Amerika körfəzi" coğrafi adından istifadə olunmasına başlanıldığını bəyan etmişdi. ABŞ-dən kənarda yaşayan istifadəçilər xəritələrdə həm yeni, həm də köhnə yazılışı görə biləcəklər.
Xatırladaq ki, ABŞ prezidenti yanvar ayının sonunda Meksika körfəzi adının Amerika körfəzinə dəyişdirilməsi ilə bağlı qərarını elan etmişdi./bizim.media
Milli.Az