Dünya

"Putin bu 2 ölkəyə hücum edəcək" - Zelenski

12 Fevral 2025 16:15
Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusunun sayını 150 min əsgər artırmaqla Belarusdan Polşa və Litvaya hücum edə bilər. 

Milli.Az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın "The Guardian" nəşrinə müsahibəsində deyib. 

"Kəşfiyyat mənə dedi ki, ruslar 2025-ci ildə ordusunu 12-15 diviziya artıracaq. Bu, hardasa 150 min əlavə qüvvə deməkdir", - Zelenski qeyd edib.

Prezident əlavə edib ki, bu artım Şimali Koreyadan səfərbərlik və əlavə qoşunların cəlb edilməsi hesabına baş verəcək. "Biz görürük ki, təqribən 150 min nəfər olacaq. Böyük ehtimalla bu insanlar Belarus ərazisində təlim keçəcəklər ", - Zelenski iddia edib. 

Bu baxımdan, dövlət başçısı vurğulayıb ki, bu gün Ukraynaya dəstək müstəsna olaraq bütün Avropanın müdafiəsini təmin etmək üçün əhəmiyyətlidir: "Siz başa düşməlisiniz ki, əgər onlar Belarusda hərbi təlimə başlasalar, 2022-ci ilin ssenarisi təkrarlanacaq. Əgər onlar Belarusda 2025-ci ildə yayda və ya payızda məşq etsələr, o zaman inanıram ki, bundan sonra tam miqyaslı işğala başlaya bilərlər"./sfera.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.