Dünya

“Torpaqlarımızı dəyişəcəyik” - Zelenski

11 Fevral 2025 21:52
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Rusiya ilə birbaşa ərazi mübadiləsinə hazır olduğunu açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  onun sözlərinə görə, Ukrayna Kurskun Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan bəzi ərazilərini Rusiyanın nəzarəti altında olan digər torpaqlara dəyişməyə hazırdır:

"Biz bir ərazini digərinə dəyişəcəyik. Hələ ki, bilmirəm bu hansı ərazi olacaq. Amma bizim bütün ərazilərimiz vacibdir, prioritet yoxdur", - Zelenski deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna danışıqlarını təşkil edə bilsə, Kiyev bu məsələni qaldıra bilər. Zelenski vurğulayıb ki, Vaşinqtonun iştirakı olmadan Ukraynanın təhlükəsizliyinə təminat verilməsi mümkün olmayacaq.
 

Milli.Az   

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.