Dünya

Maskın Zelenskinin seçkiylə bağlı bəyanatına ironik ŞƏRHİ

11 Fevral 2025 19:58
Baxış: 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur amerikalı biznesmen İlon Mask Volodimir Zelenskinin Ukraynada prezident seçkisinin ləğvi ilə bağlı sözlərinə ironik şəkildə münasibət bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o özünün "X" sosial şəbəkə hesabında yazıb.

Belə ki, Britaniyanın "ITV News" telekanalına müsahibəsində Zelenski iddia edib ki, bütün Ukrayna əhalisi seçkinin keçirilməsinə qarşıdır.

Zelenskinin bu sözləri sosial mediada geniş müzakirələrə səbəb olub. İlon Mask da bu açıqlamaya biganə qalmayıb.

O, "X" sosial şəbəkəsində Zelenskinin müsahibəsindən bir hissənin paylaşıldığı posta "Əlbəttə" deyə ironik şərh yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.