Dünya

Şolts Trampa xəbərdarlıq etdi

11 Fevral 2025 18:17
Baxış: 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton Avropa İttifaqına seçim qoymasa, birlik prezident Donald Trampın rüsum siyasətinə qarşılıq verəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Olaf Şolts bildirib.

"Əgər Avropa İttifaqı ABŞ rüsumlarının hədəfinə düşərsə - necə ki indi polad və alüminium məsələsində bunun şahidi olmaqdayıq - Vaşinqton bilməlidir ki, əslində, Avropanın ən iri ixracatçı ölkəsi bizik... ABŞ bizə başqa seçim buraxmasa, Avropa İttifaqı buna qətiyyətlə reaksiya göstərəcək", - deyə almaniyalı hökumət başçısı bildirib.

Şolts vurğulayıb ki, ticarət müharibəsi və rüsum siyasəti hər iki tərəfə ziyan vurur və nəticə etibarilə maddi rifahın yaxşılaşmasına gətirib çıxarmır.

Alman kanslerin sözlərinə görə, Çinlə ABŞ arasında gedən ticarət çəkişməsi Avropa İttifaqına iqtisadi baxımdan ziyan vuracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.