Dünya

ABŞ-da son 2 həftədə 3-cü təyyarə qəzası - Təyyarədəkilərin hamısı həlak oldu

8 Fevral 2025 08:07
Baxış: 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cümə axşamı Alyaska üzərində radarlardan itən "Bering Air" təyyarəsində olan 10 nəfərin hamısı həlak olub.

Milli.Az xəbər verri ki, bu barədə cümə günü "Associated Press" ABŞ Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Unalaklitdən Noma uçan təyyarənin göyərtəsində 9 sərnişin və bir pilot olub.

ABŞ-ın NBC televiziya şirkəti, təyyarənin qalıqlarının Nom şəhərindən 34 mil (54,7 km) cənub-şərqdə aşkar edildiyi xəbərini yayıb.

Qeyd edək ki, bu, iki həftədən az müddətdə ABŞ-da baş verən artıq üçüncü ciddi aviaqəzadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.