Dünya

"Tesla" alınmır - Maska boykot ŞOKU

7 Fevral 2025 20:44
Baxış: 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı milyarder İlon Maskın ifrat sağçı Almaniya üçün Alternativ Partiyasına (AfD) açıq dəstək verməsindən sonra bu ölkədə "Tesla" avtomobillərinin satışlarında ciddi azalma baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Almaniya Mühərrikli Nəqliyyat İdarəsinin (Kraftfahrt-Bundesamt - KBA) yaydığı məlumatda qeyd olunub.

Avropanın ən böyük avtomobil bazarı olan Almaniyada yanvar ayında cəmi 1277 "Tesla" avtomobili satılıb ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 60 faiz azdır.

Eyni vəziyyət Avropa İttifaqında və Böyük Britaniyada da müşahidə edilib. Yanvarda "Tesla"nın satışları Fransada 63 faiz, Birləşmiş Krallıqda 12 faiz azalıb.

İlon Maskın fevralın 23-də Almaniyada keçiriləcək federal parlament seçkiləri ərəfəsində ifrat sağçı AfD-yə dəstək çağırışı etməsi təkcə bu ölkədə deyil, Avropa İttifaqında da böyük narazılığa səbəb olmuşdu. /Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.