Dünya

Anasının 140 minlik qızılını oğurlayıb 8 dollara SATDI

7 Fevral 2025 17:09
Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində qız anasının 140 min dollar dəyərində zinət əşyalarını oğurlayıb və sırğa almaq üçün onu cəmi 8 dollara satıb.

Milli.Az bildirir ki, qızın anası qızıl-zinət əşyalarının yoxa çıxması barədə polisə müraciət edib. Qadının dediyinə görə, oğurlanan əşyalar arasında nefrit bilərziklər, boyunbağılar və digər qiymətli əşyalar da olub. Lakin qızı onların əsl dəyərini bilməyərək saxta olduğunu düşünüb və mağazaya satıb.

"Ona pulun nə üçün lazım olduğunu soruşdum və o, kiminsə çox bəyəndiyi dodaq pirsinq etdirdiyini gördüyünü söylədi. O, özünə sırğalar da almaq istəyirdi", - çinli qadın bildirib.

Məmurlar hadisəni tam öyrəndikdən sonra zinət əşyalarını qaytarmağa razı olan mağaza sahibi ilə əlaqə saxlayıb.

Hadisə yerli sosial şəbəkələrdə geniş rezonans doğurub. Bir çox istifadəçi anaya rəğbətini ifadə etsə də, bəziləri uşağın müdafiəsinə qalxıb. /Lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.