Dünya

Ukrayna Kurskda yeni hücuma keçdi - Ölənlər var

6 Fevral 2025 17:29
Baxış: 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri altı aydan artıqdır ki, bir neçə yüz kvadrat kilometr Rusiya ərazisini nəzarətdə saxladıqları Kursk vilayətində yeni hücuma başlayıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Sudjadan cənub-şərqdə Fanaseyevka və Ulanok yaşayış məntəqələri istiqamətində hücuma keçib.

Rılsk vilayətində hərbi əməliyyatlar nəticəsində qaz kəməri zədələnib, nəticədə iki yaşayış məntəqəsi qazsız qalıb.

Bunun fonunda Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf etdiyi və  205 hərbçinin öldürüldüyünü açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.