Amerika Birləşmiş Ştatları Qəzza zolağı ilə bağlı addımları üçün bütün mümkün variantları nəzərdən keçirir və hələlik heç bir konkret qərar elan etməyəcək.
Milli.Az xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset "Fox News" telekanalına müsahibəsi zamanı bildirib.
"Hazırda, nəhayət, bütün variantlar masadadır. Biz hazırda bu kontekstdə edə biləcəyimiz konkret bir şey söyləmək fikrində deyilik", - deyə o bildirib.
Heqset həmçinin bildirib ki, ABŞ hazırda Qəzza zolağına potensial olaraq qoşun göndərməkdən çox uzaqdır.
O əlavə edib ki, zərurət olmadığı halda ora qoşun göndərməməyi üstün tutur. /APA
Milli.Az