Dünyanın ən yaşlı qadını öldü - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın ən yaşlı insanı olduğu iddia edilən çinli qadın Lin Şemu 122 yaşında dünyasını dəyişib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, rəsmi Çin sənədlərinə əsasən, Lin Şemu 18 iyun 1902-ci ildə anadan olub və 122 il 197 gün ömür sürüb. Onun həyatı Qing sülaləsinin Qungxu dövrünə, ABŞ-da Teodor Ruzveltin prezidentliyinə və İngiltərədə Lord Solsberinin baş nazirliyinə təsadüf edir. Titanik gəmisinin batdığı il Lin 10 yaşında olub.
Lin Şemu yeddi övlad anası olub. O, heç vaxt ciddi bir xəstəlik keçirməyib və yalnız yaşlılıq səbəbilə görmə qabiliyyətini itirməsi və yıxılaraq ayaqlarını zədələməsi kimi sağlamlıq problemləri yaşayıb.
Yaxınlarının sözlərinə görə, Lin Şemu hər zaman enerjili, şən və nikbin insan olub. Kiçik oğlu onun heç vaxt kiminləsə mübahisə etmədiyini və daim ailəsinə həyatda hər şeyin mümkün olduğunu söylədiyini bildirib.
Lin uzunömürlülüyünün sirri barədə verdiyi açıqlamada sadə həyat tərzinin önəmini vurğulayaraq, "Yeməyi, içməyi və yatmağı bacarmaq. Bunlar bir nemətdir," - deyə qeyd edib.
Ailəsi onun yaşını təsdiqlətmək üçün Ginnesin Rekordlar Kitabına heç vaxt müraciət etməyib.
Qeyd edək ki, Gerontology Research Group-un məlumatına görə, hazırda dünyanın ən yaşlı insanı 116 yaşlı braziliyalı rahibə İnah Canabarro Lukas hesab olunur. Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı insanı kimi tanınan yaponiyalı Tomiko İtuka isə 29 dekabrda dünyasını dəyişib.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
XƏBƏR LENTİ
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord





