Dünya

Seçkilərdə qələbəsi təsdiqləndi

3 Fevral 2025 16:33
Baxış: 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarusun Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun yanvarın 26-da keçirilən prezident seçkilərində qələbəsini təsdiq edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Belarus MSK bununla bağlı açıqlama yayıb. 

Bildirilib ki, ölkənin hazırkı lideri A.Lukaşenko seçkilərdə 86,82 faiz (5,1 milyon səs) səslə qalib gəlib. 

Bununla yanaşı, seçkidə iştirak edən Sergey Sırankov 3,21%, Oleq Qaydukeviç 2,02%, Anna Kanopatskaya 1,86%, Aleksandr Xijnyak isə 1,74% səs toplayıb. 

Xatırladaq ki, seçki başa çatdıqdan sonra Belarus MSK ilkin nəticələrə əsasən, Lukaşenkonun 86,82 faiz səslə qalib gəldiyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.