Dünya

Məktəbli qız doğduğu uşağı vedrəyə atıb ÖLDÜRDÜ

31 Yanvar 2025 21:05
Baxış: 2 164
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın şimal-qərbində 16 yaşlı qız evdə uşaq dünyaya gətirib.

Milli.Az bildirir ki, hadisə yanvarın 30-da Sesto San Giovanni şəhərində baş verib. Məlumata görə, evlərdən birinin sakini polisə zəng edərək qonşu mənzildən olan yeniyetmə qızın bərk qışqırmasından narahat olduğunu bildirib. Qadın qeyd edib ki, qız qonşuları köməyə çağırıb.

Hadisə yerinə gələn polis və tibb qrupu qışqırıq səsləri eşidilən mənzildə 16 yaşlı məktəbli qız tapıb. Eyvanda yeni doğulmuş körpə vedrədə, dəsmala bükülmüş halda aşkarlanıb. Tibbi yardım işçiləri uşağı reanimasiya etməyə çalışsalar da, körpəni xilas etmək mümkün olmayıb. /Lent.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.