Dünya

8 yaşındakı uşaq hər gün yediyi qidaya görə kor oldu

31 Yanvar 2025 20:42
Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Malaziyada dəhşətli hadisə baş verib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, 8 yaşlı uşaq məktəbdə dərs zamanı qəfil görmə qabiliyyətini itirib. Nə baş verdiyini anlamayan uşaq qışqıraraq müəllimindən kömək istəyib. Araşdırmalar nəticəsində məlum olub ki, onun gündəlik qida rasionu bu vəziyyətə gətirib çıxarıb. Uşağın hər gün yediyi sağlıqsız qidalar onu bu hala salıb.

Həkimlərin rəyinə əsasən, uşağın kor olmasına səbəb A vitamini çatışmazlığı olub. Bu vitamin göz sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. A vitamininin yetərsizliyi torlu qişanın düzgün işləməsinə mane olur, göz səthinin qurumasına və nəticədə qalıcı görmə itkisinə səbəb ola bilir.

Klivlend Klinikasının məlumatına görə, A vitamini çatışmazlığı təkcə gözlərə deyil, həm də dəriyə, ürəyə, ağciyərlərə, immun sisteminə və digər həyati orqanlara mənfi təsir göstərə bilər.

Mütəxəssislər bildirir ki, xüsusilə inkişaf dövründə olan uşaqlar düzgün qidalanmazlarsa, bu kimi qalıcı sağlamlıq problemləri ilə qarşılaşa bilərlər.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.