Dünya

ABŞ-də bu şəxslərə 8 aylıq maaş təklif edilir

31 Yanvar 2025 07:32
Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ hökuməti bəzi federal məmurlara istefa vermələri müqabilində səkkiz aylıq maaş məbləğində kompensasiya təklif edib.

Milli.Az xəbər verir ki, "Aaxios" portalının məlumatına görə, bu təklif əsasən pandemiya dövründə məsafədən işləyən və sonradan ofis rejiminə qaytarılan məmurlara ünvanlanıb. Əgər onlar 6 fevraladək könüllü istefa versələr, 30 sentyabradək bütün nəzərdə tutulan ödənişləri ala biləcəklər.

Administrasiyanın yüksək vəzifəli nümayəndəsi bildirib ki, pandemiyadan beş il keçməsinə baxmayaraq, federal məmurların cəmi 6%-i tam iş günü ofisdə çalışır. Bu isə hökumət üçün qəbuledilməz hesab edilir.

Ağ Ev bu təklifi 5-10% federal işçinin qəbul edəcəyini proqnozlaşdırır ki, bu da yüz minlərlə insanın işdən çıxması deməkdir. Federal hökumətin hesablamalarına görə, bu sxem vergi ödəyicilərinə ildə təxminən 100 milyard dollar qənaət etməyə imkan verəcək.

Təklif poçt işçiləri, immiqrasiya nəzarəti xidmətlərinin əməkdaşları, xüsusi xidmət orqanları və hərbçilər üçün keçərli deyil.

Yanvarın 20-də vəzifəyə başlayan ABŞ Prezidenti Donald Tramp bütün federal məmurların pandemiya dövründə tətbiq edilən məsafədən iş rejimini ləğv edərək ofislərə qayıtmasını tələb edən fərman imzalayıb. O, həmçinin federal idarələrə yeni işə qəbul prosesini dondurub.

Bu təşəbbüs ABŞ-da iş bazarına və dövlət idarəçiliyinə təsiri baxımından ciddi müzakirələrə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.