Dünya

Tramp 30 minə qədər miqrantı həbsxanaya göndərəcək

30 Yanvar 2025 08:05
Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Kubadakı Quantanamo həbsxanasında 30 minədək qeyri-qanuni immiqrantın müvəqqəti saxlanmasına hazırlıqla bağlı sərəncam imzalayacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Amerika lideri Ağ Evdə çıxışı zamanı deyib.

"Amerikalıları təhdid edən qeyri-qanuni mühacirlər arasında ən pis cinayətkarları saxlamaq üçün Quantanamoda 30 000 yer var. Bəziləri o qədər pisdir ki, başqa ölkələrin onları dəstəkləməsinə inanmırıq. Ona görə, biz onların geri qaytarılmasını istəmirik və Quantanamoya göndərəcəyik. Oradan çıxmaq çətin işdir", - deyə, o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.