Dünya

Tramp 709 Azərbaycan vətəndaşı ölkədən çıxarılır

29 Yanvar 2025 17:16
Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin yeni Prezidenti Donald Tramp vəzifələrinin icrasına başladıqdan sonra ölkədə qanunsuz yaşayan miqrantlara qarşı mübarizəni gücləndirib. Artıq İmmiqrasiya İdarəsi deportasiya ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, onların arasında 709 Azərbaycan vətəndaşı da yer alıb. Onların saxlanılaraq ölkəyə deportasiya ediləcəyi gözlənilir.

Siyahıya, həmçinin 3103 Türkiyə vətəndaşı, 3518 rus, 2808 erməni və 1862 ukraynalı daxildir.

Eyni zamanda, öz ölkələrinə geri göndərilməsi planlaşdırılan miqrantların ən çoxu Latın Amerikası ölkələrinin - Honduras, Qvatemala, Meksika və El Salvador vətəndaşlarıdır./"qafqazinfo"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.