Dünya

Həmin yanğına görə 28 nəfər həbs edildi

29 Yanvar 2025 15:00
Baxış: 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bolu vilayətindəki hoteldə 78 nəfərin ölümünə səbəb olan dəhşətli yanğınla bağlı saxlanılanların sayı 28 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan açıqlayıb.

O, hotel binasının tikintisində və istismarında məsuliyyətsizlik etmiş bütün şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib.

Bundan başqa, Ərdoğan müxalifəti Boludakı yanğınla bağlı mövqeyinə görə sərt tənqid edib.

Qeyd edək ki, daha öncə yanğına görə 18 nəfərin saxlanıldığı məlum idi./"qafqazinfo"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.