Dünya

Dənizdə yük gəmisində partlayış

28 Yanvar 2025 18:30
Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qırmızı dənizdə Honkonq bayrağı altında üzən konteyner gəmisində partlayış baş verib.

Milli.Az xəbər verir ki, bu barədə "AP Diaplous Group" dəniz təhlükəsizliyi şirkətinə istinadən məlumat yayıb.

Hadisə Yəmənin Hodeyda limanından 225 km məsafədə baş verib. Yanğınla nəticələnən partlayışın səbəbi hələ ki məlum deyil. Heyət üzvləri gəmini tərk edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Dəniz daşımaları sahəsindəki mənbə agentliyə bildirib ki, konteyner gəmisində "təhlükəli" yük olub. O, gəminin məhz nə daşıdığını açıqlamayıb. /Report

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.