Dünya

“Bu, absurd və tamamilə məntiqsiz idi” - Zelenski

28 Yanvar 2025 07:55
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna nüvə silahından əl çəkməməli idi".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın "Il Foglio" nəşrinə müsahibəsində bildirib.

O, Budapeşt Memorandumuna istinad edərək ölkəsinin nüvə arsenalından əl çəkməməli olduğu fikrini ifadə edib. Onun sözlərinə görə, nə Rusiya, nə də Qərb buna əməl edir.

"Nüvə silahlarını verməyimiz absurd və tamamilə məntiqsiz idi", - deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, Budapeşt Memorandumu SSRİ-nin dağılmasından sonra sovet nüvə silahlarının Ukraynanın sərəncamında qalması mövzusunda beynəlxalq danışıqların yekunu idi. Memorandum 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanıb. Sənəddə Rusiya, Böyük Britaniya və ABŞ-nin nüvə silahlarının təhvil verilməsi müqabilində Ukraynaya verdiyi təhlükəsizlik zəmanətləri öz əksini tapıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.