Pakistanda güclü partlayış olub.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı altı nəfər həlak olub, 30-dan çox yaralı var.
Bildirilir ki, hadisə bu gün səhər Pəncab əyalətinin Multan şəhərində baş verib. Səbəb şəhərin sənaye rayonlarından birində park edilmiş avtosisternin klapanından qaz sızması olub. Partlayış güclü yanğına səbəb olub və nəqliyyat vasitəsinin qırıntıları yaxınlıqdakı yaşayış binalarına düşərək əhəmiyyətli dağıntılar törədib. Yanğın bir neçə saatlıq işdən sonra söndürülüb.
Yaralılardan 13-nün vəziyyəti ağırdır. Partlayış yerinin ətrafında ən azı 20 ev tamamilə dağılıb, daha 70-i qismən zədələnib.
Fidan
Milli.Az