Dünya

İlon Mask indi də La-Manş kanalının adının dəyişdirilməsini təklif edir

26 Yanvar 2025 16:51
Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

La-Manş kanalının adı ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun şərəfinə dəyişdirilə bilər. 

Milli.Az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"İngiltərə və Fransanı ayıran boğaz üçün yeni ad", deyə o, Corc Vaşinqton Kanalı adlandırdığı La Manşın şəklini paylaşaraq yazıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Las-Veqasda tərəfdarları qarşısında çıxışı zamanı demişdi ki, Meksika hakimiyyəti Meksika körfəzinin adının dəyişdirilməsindən heyrətlənir.

Siyasətçi xatırladıb ki, bundan sonra okeanın bu hissəsi Amerika Körfəzi adlanacaq.

Yanvarın 21-də dövlət başçısı Meksika körfəzinin adının rəsmi olaraq Amerika körfəzi, Şimali Amerikanın ən hündür dağı Denali isə MakKinli dağı adlandırılması prosedurunun başlanması haqqında fərman imzalayıb. Sənədə əsasən, ölkənin təbii sərvətlərini idarə edən ABŞ Daxili İşlər Nazirliyinin rəhbəri 30 gün ərzində ad dəyişikliyi ilə bağlı bütün rəsmiləşdirmələri həll etməlidir. Bundan sonra agentlik rəsmi Coğrafi Adlar Sistemində (GNIS) dəyişikliklər edəcək./qaynarinfo 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.