Dünya

Planetin ən yaşlı dövlət başçısı yenidən prezident olmaq istəyir

26 Yanvar 2025 11:29
Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kamerun Prezidenti Pol Biya bu il oktyabrın 12-nə təyin edilmiş prezident seçkisində namizədliyini irəli sürəcəyini rəsmən açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə "CameroonOnline" nəşri məlumat yayıb.

Biya səkkizinci dəfə bu vəzifəyə namizəd olacaq.

Qeyd edək ki, dövlət başçısının fevralın 13-də 92 yaşı tamam olur. Onun sələfi Amadu Ahidjo 1960-1982-ci illərdə ölkəyə rəhbərlik edib. Kamerun Konstitusiyası dövlət başçısının müddət sayını və ya yaşını məhdudlaşdırmır.

Qeyd edək ki, Biya planetin ən yaşlı dövlət başçısıdır. O, 41 ildən artıqdır ki, vəzifədədir./oxu.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.