Lavrov-Mirzoyan danışıqları üç saat davam edib.
Milli.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, yanvarın 21-də Moskvada baş tutan Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün bəzi detallarını açıqlayıb.
XİN rəsmisi qeyd edib ki, danışıqlarda hər şey kamera önündə müzakirə olunmayıb, söhbət üç saat davam edib.
"Bir çox məsələlər bağlı qapılar arxasında müzakirə olunub. Bu, tərəflər üçün xüsusi aktuallıq kəsb edən bir sıra məqamlar üzrə açıq danışıqlar olub", - Rusiya XİN sözçüsü vurğulayıb./APA
Milli.Az