Dünya

Tramp ömürlük həbs cəzası alan şəxsi əfv etdi

23 Yanvar 2025 08:39
Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp "darknet"dəki "Silk Road" ticarət platformasının qurucusu, ömürlük həbs cəzasına məhkum edilmiş Ross Ulbrixti əfv edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"İndicə Ross Uillyam Ulbrixtin anasına zəng edərək ona bildirdim ki, onun və məni bu qədər güclü dəstəkləyən Libertarian hərəkatının şərəfinə oğlu Rossu tam və qeyd-şərtsiz əfv etməkdən məmnun oldum", - deyə paylaşımda qeyd olunub.

O, həmçinin Rossun məhkum edilməsi üzərində işləyən insanların hökumətin Trampa qarşı silahlanmasına da cəlb olunduqlarını bildirib.

"Ona iki ömürlük həbs cəzası, üstəgəl, 40 il verdilər. Gülməlidir!", - deyə o əlavə edib.

Qeyd edək ki, "Silk Road" psixoaktiv maddələrin, digər qeyri-qanuni mal və xidmətlərin yayılması üçün anonim ticarət platforması olub. Sayt "Tor" gizli xidməti kimi fəaliyyət göstərib, ödəniş vasitəsi kimi isə "Bitcoin" elektron valyutasından istifadə edilib.

Ross "Forbes" jurnalına müsahibəsində saytın yaradıcısı olmadığını və "Silk Road"ı orijinal müəllifdən aldığını iddia edib. Məhkəmə iddiasında əsl müəllif kimi "Mt.Gox" "bitcoin" birjasının qurucusu Mark Karpeles göstərilsə də, FTB-nin hesabatına görə, məhz Ross mağazanı yaradıb və işlədib.

2 oktyabr 2013-cü ildə Ross ("Dread Pirate Roberts") San-Fransisko kitabxanasında həbs edilib. 20 may 2015-ci ildə Ross xüsusilə külli miqdarda narkotik ticarətində, həmçinin pulların yuyulması məqsədilə sövdələşmədə və haker fəaliyyətində təqsirli bilinib. Yekun hökm 2 ömürlük həbs cəzası, həmçinin ayrı-ayrı epizodlara görə 20, 15 və 5 il həbs cəzasından ibarət olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.