Belçikada Lyej məhkəməsi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə qarşı istintaqı davam etdirməkdən imtina edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında deyilir.
Məhkəmənin hökmü yazılı şəkildə elan edilib və iclas keçirilməyib.
Xatırladaq ki, fon der Lyayen 35 milyard avroya 1.8 milyard COVID-19 vaksininin alınmasında korrupsiyaya yol verməkdə ittiham edilib.
Məhkəmə öz qərarını bu iş üzrə cinayət tərkibinin olmaması ilə əsaslandırıb.
Milli.Az