Dünya

Trampın xanımı nə mesaj vermək istəyib? - FOTO

21 Yanvar 2025 19:00
Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün inauqurasiyası keçirilən ABŞ-nin yeni Prezidenti Donald Trampla yanaşı xanımı Melania Tramp da geyim tərzinə görə gündəm olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Melanianın məşhur dizayner Erik Kavits tərəfindən hazırlanan qeyri-adi və gözoxşayan şlyapası xüsusi diqqət çəkib.

Məlum olub ki, 54 yaşlı yeni birinci xanım bu dəbli aksesuarla dərin simvolizm və gizli mesaj ötürüb. Bu barədə Erik Kavits özü danışıb.

Onun sözlərinə görə, Melanianın şlyapası şəxsiyyətinin yenidən dərk edilməsini simvolizə edir və mühafizəkar dəyərləri əks etdirir: "Bu, müəyyən təmkinlilik dövrüdür, həqiqətən də daha mühafizəkar dəyərlərə doğru dönüş anıdır. Həmçinin o, protokol barədə düşünüb, çox eleqant və sadə görünüb..."

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.