Dünya

Trampın qılıncla rəqsi gündəm oldu - VİDEO

21 Yanvar 2025 18:13
Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp dünən andiçmə mərasimindən sonra bir gecədə 3 ziyafətdə iştirak edib.

Milli.Az "Daily Mail"ə istinadən xəbər verir ki, tədbirdə həmçinin Trampın ailə üzvləri, siyasətçilər və məşhur şəxslər də iştirak edib. 

Tramp ilk qatıldığı ziyafətdə səhnədə prezident təyyarəsi "Air Force One"ın tərzində hazırlanmış tortu kəsib. Bunun ardınca, o, səhnədə qılıncla rəqs etməyə başlayıb.

Onun bu rəqsi həm zaldakılar, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Amerikanın yeni lideri dünən and içərək vəzifəsinin icrasına başlayıb. Onun inauqurasiya mərasimində ABŞ-nin keçmiş prezidentləri Co Bayden, Bill Klinton, Barak Obama, seçkilərdəki rəqibi Kamal Harris də iştirak edib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.