Dünya

Kazanda partlayış səsləri: Şəhərə PUA hücumu edilir

20 Yanvar 2025 09:14
Baxış: 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Kazan şəhərinin sakinləri partlayış səslərinin olduğunu bildiriblər.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Ehtimallara görə, şəhərə dron hücumu baş verib və hava hücumundan müdafiə sistemləri ərazidə işləyir.

Məsələ ilə bağlı hələlik rəsmi məlumat olmasa da, Kazan hava limanında "Xalça" rejimi tətbiq edilib.

Fövqəladə Hallar Nazirliyi PUA-nın hücumu təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Sakinlərdən panikaya düşməmələri, mümkünsə pəncərələrə yaxınlaşmamaları xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.