Dünya

Bayden ABŞ tarixinə düşdü

17 Yanvar 2025 20:58
Baxış: 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Co Bayden yeni əfv siyahısını açıqlayıb.

Milli.Az xəbər verir ki, Bayden 2500 məhkumun cəzasını yüngülləşdirdiyini bildirib.

"Bu gün qüvvədə olan qanunvericiliyə uyğun olaraq alacaqları cəzalarla müqayisədə qeyri-mütənasib olaraq uzun müddət cəza almış zorakı olmayan narkotik cinayətlərinə görə məhkum edilmiş təxminən 2500 nəfərin cəzalarını yüngülləşdirirəm. Bu qərarla mən ABŞ tarixindəki hər hansı bir prezidentdən daha çox əfv və güzəştlər etmiş oldum", - Bayden qeyd edib.

Xatırladaq ki, Co Bayden 2024-cü ilin dekabrında 1500 nəfərin cəzasını yüngülləşdirib və məhkum olunmuş 39 ABŞ vətəndaşını əfv edib. Bayden daha sonra ölüm hökmündə olan 40 federal məhbusdan 37-nin cəzasını şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzasına çevirib. /Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.