Dünya

Tramp tarixi ənənəni POZDU

17 Yanvar 2025 19:42
Baxış: 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp ənənəyə qarşı çıxaraq andiçmə mərasiminə xarici liderləri dəvət etməyə qərar verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Bildirilir ki, Çin lideri Si Cinpin tədbirə dəvət alıb. Lakin Çinin Xarici İşlər Nazirliyi ÇXR sədrinin əvəzinə andiçmə mərasiminə onun müavini Han Cenin gedəcəyini bəyan edib. Çin tərəfinin qərarını şərh edən agentlik qeyd edir ki, əvvəllər heç bir dövlət başçısı andiçmə münasibətilə ABŞ-yə rəsmi səfər etməyib, yalnız xarici diplomatlar iştirak ediblər.

Bu arada, digər dövlətlərin liderləri də dəvətnamə alıblar. Bunların arasında Argentina Prezidenti Xavyer Miley və İtaliyanın Baş naziri Corcia Meloni də var. Dəvət olunanlardan Ekvador Prezidenti Daniel Noboa və Paraqvay Prezidenti Santyaqo Penya artıq mərasimdə iştirak edəcəklərini təsdiqləyiblər. Bundan əlavə, ilk dəfə olaraq ABŞ prezidentinin andiçmə mərasimində Yaponiyanın XİN rəhbəri olacaq.

Trampın mətbuat katibi Karolin Levitt "Fox News" telekanalına müsahibəsində bildirib ki, xarici liderləri dəvət etməklə Tramp təkcə müttəfiqlərlə deyil, rəqiblərlə də açıq dialoq apardığını göstərmək istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.