Dünya

Blinkenə qarşı görünməmiş etiraz: Çıxışına müdaxilə edildi

15 Yanvar 2025 20:24
Baxış: 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Atlantik Şuranın iclasında ilin yekunları üzrə qiymətləndirmə çıxışı zamanı görünməmiş etirazla qarşılaşıb.

Milli.Az xəbər verir ki, bu barədə "Haber Global" "YouTube" kanalının yayımladığı videosüjetdə bəhs edilir.

Səlahiyyət müddətinin bitməsinə qısa müddət qalan Blinken Bayden administrasiyasının xarici siyasətindən bəhs etdiyi zaman Fələstin tərəfdarları olan fəallar bir neçə dəfə onun çıxışına müdaxilə edib.

"Sizin ancaq bir siyasətiniz var, o da öldürmək", - deyə fəallardan biri qışqırıb.

Zaldan "Soyqırımı naziri. Yüzlərlə günahsız insanın qanı əllərindədir", "Sonsuza qədər "qanlı Blinken" olaraq xatırlanacaqsınız" kimi ifadələr səsləndirilib./oxu.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.