Dünya

“Baltik qvardiyası” əməliyyatı BAŞLADI - NATO elan etdi

14 Yanvar 2025 20:23
Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO-nun Baş katibi Mark Rutte "Baltik qvardiyası" əməliyyatının başlandığını elan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu haqda Helsinkidə keçirdiyi mətbuat konfransında açıqlama verib.

Rutte Şimali Atlantika Alyansının Finlandiya ilə Estoniyanı birləşdirən "Est Link 2" sualtı kabelinin zədələnməsi hadisəsindən sonra Baltik dənizində mövcudluğunu artırmaq niyyətində olduğunu bildirib.

O, həmçinin "Est Link 2"də təxribat törətməkdə şübhəli bilinən "Eagle S" tankerini ələ keçirdiyinə görə Finlandiyanı tərifləyib. Finlandiya hüquq-mühafizə orqanları kabelin neft tankerinin lövbəri tərəfindən zədələndiyindən şübhələnir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.