Qapanmalar olacaq? - Yeni pandemiya təhlükəsi barədə mühüm xəbər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, hazırda dünyada metapnevmovirus infeksiyası pandemiyası təhlükəsi yoxdur və ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyətdən söhbət getmir.
Milli.Az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus ilə telefon danışığından sonra feysbukdakı hesabında yazıb.
"Dostum Tedros məni son günlərin və həftələrin qorxulu hadisələri ilə bağlı sakitləşdirdi və məni əmin etdi ki, hazırda heç bir qlobal səhiyyədə fövqəladə təhlükə vəziyyəti yoxdur. Mətbuatda bu qədər danışılan virus ÜST ekspertlərinə yaxşı məlumdur. o, artıq bir neçə dəfə, adətən qış dövründə bu formada ortaya çıxıb", - Siyarto qeyd edib.
Macarıstanda son həftələr qrip və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının sayı bir qədər artıb, lakin ekspertlər bu fenomenin mövsümi xarakter daşıdığını düşünürlər. Eyni zamanda, yerli mətbuatda Çindən gələn metapnevmovirus infeksiyasının yayılması ilə bağlı xəbərlər daha çox diqqət çəkib.
Metapnevmovirus körpələr, yaşlılar və immun sistemi zəif olan insanlar üçün xüsusilə təhlükəli ola bilən yoluxucu infeksiyadır. Onun əlamətlərinə burun axması, öskürək, qızdırma, nəfəs almaqda çətinlik daxildir. Metapnevmovirus hava damcıları ilə ötürülür.
Xatırladaq ki, daha əvvəl çinli həkimlər ölkədə kəskin respirator xəstəliklərin mövsümi artımını qeyd ediblər. Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatına görə, əsas patogenlər qrip virusları və insan metapnevmovirusudur. Pekin Uşaq Xəstəxanasının baş həkimi Van Syuan keçirdiyi brifinqdə təsdiqləyib ki, uşaqlar arasında qrip və metapnevmovirusa yoluxma halları artmaqda davam edir./report.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə atışma: Ölən və yaralananlar var
-
Tramp iki okeanın adını dəyişməyi planlaşdırır
-
Rusiyada “Yandex”in bulud infrastrukturu dron hücumundan sonra sıradan çıxıb
-
Tramp ABŞ-ın husilərlə əlaqə saxladığını bildirib
-
Mavriki adası sahillərində yeni akula növü kəşf edildi
-
Özünü icarəyə verərək var-dövlət qazanır: qeyri-adi peşə
XƏBƏR LENTİ
-
"Vartolu" haqda film çəkiləcək
-
Azərbaycanda evlərdən qadın paltarları oğurlayan kişi həbs olundu
-
Beyləqanda ağır qəza - Ölən var
-
Türkiyədə atışma: Ölən və yaralananlar var
-
Goranboyda minik avtomobili aşıb, xəsarət alan var
-
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü
-
Şəmkirdə 18 yaşlı gənc qardaşı tərəfindən bıçaqlandı
-
Cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəldi - (Yenilənib)
-
Tramp iki okeanın adını dəyişməyi planlaşdırır
-
Sumqayıtda kişi dəm qazından boğularaq öldü
-
"Leyla"nın aktrisası yeni serialda
-
Rusiyada “Yandex”in bulud infrastrukturu dron hücumundan sonra sıradan çıxıb
-
Tramp ABŞ-ın husilərlə əlaqə saxladığını bildirib
-
Göydələnlərin girişindəki fırlanan qapılar nə üçün lazımdır?
-
İspan alimləri qan hüceyrələrinin qocalmasını təyin edən süni intellekt yaradıblar
-
Bürclərin pul vərdişləri: qənaət etməyi hamı bacarmır
-
Rafinə olunmamış şəkərsiz səhər yeməyi: "Cinnamon roll" dadında yulaf resepti
-
Yeni televizor alanların etdiyi əsas səhv: "Demo Modu"nu dərhal söndürün
-
Mavriki adası sahillərində yeni akula növü kəşf edildi
-
Minlərlə insanın səhv cavab verdiyi həmin məşhur riyaziyyat sualı
-
Əti yenidən dondurmaq olar?
-
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - (Video)
-
Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
-
Evinə aldığı üzümün rəngi çıxdı - (Video)





