Dünya

Meşə yanır, oğrular Harrisin evini soyur: tutulanlar var - VİDEO

12 Yanvar 2025 14:45
Baxış: 1 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Los-Ancelesdə meşə yanğınları səbəbindən tətbiq edilən komendant saatını pozan iki nəfər həbs edilib.

Milli.Az xəbər verir ki, bu barədə ABC7 məlumat yayıb.

Məlumata görə, bu həbslər, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin evində mümkün oğurluq hadisələri ilə bağlıdır.

Qeyd edək ki, əvvəlcə yayılan məlumatda bildirilirdi ki, Harrisin yanğınlarla əlaqədar evakuasiya zonasında olan Brentvud bölgəsindəki evində oğurluq faktı aşkar edilməyib.

Harrisin evindən başqa, aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger və NBA ulduzu LeBron Ceymsin də daxil olduğu digər məşhur insanlara məxsus malikanələrin olduğu Brentvuddan görüntülər sosial mediada yayılıb. /Lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.