07:19
Kaliforniya ştatının Los-Anceles dairəsini əhatə edən yanğınlar nəticəsində azı 24 nəfər həlak olub.
Qurbanların əksəriyyətinin şəxsiyyəti hələ müəyyən edilməyib. Daha əvvəl 16 nəfərin öldüyü, daha 13 nəfərin itkin düşdüyü bildirilirdi.
Qeyd edək ki, yanvarın 7-də Los-Anceles şəhərində meşə yanğınları yayılmağa başlayıb. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub.
ABŞ prezidenti Co Bayden Kaliforniyada baş verən yanğınları ştatın tarixində ən böyük və ən dağıdıcı yanğın adlandırıb.
---------------
2025.01.12
Kaliforniyanın Los-Anceles şəhərində baş verən misli görünməmiş meşə yanğınlarında indiyə qədər 16 nəfərin həyatını itirdiyi, yanğınların daha 1,000 hektar əraziyə yayıldığı bildirilib. Hava şəraitinin əlverişsiz olması yanğınla mübarizəni çətinləşdirir.
Milli.Az xəbər verir ki, Palisades yanğını, Pasifik Palisades bölgəsində genişlənərək daha çox evi məhv edib. Helikopterlər alovların qarşısını almaq üçün su və yanğınsöndürən maddələr tökməyə davam edir.
Bölgədə yaşayan qorxu içindəki sakinlər, yalnız giriş-çıxış üçün istifadə edilən yolları tərk edərək avtomobillərini geridə qoyublar.
Altı fərqli yerdə eyni anda başlayan yanğınlar nəticəsində ən azı 16 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü və 12,000-dən çox tikilinin zərər gördüyü və ya tamamilə məhv olduğu bildirilir.
Prezident Co Bayden, federal vəsaitlərin bölgəyə göndərilməsi və yardım əməliyyatlarının vəziyyəti barədə dövlət və yerli rəsmilərlə görüşüb. Yardım səyləri davam edir.
Lalə Qüdrətova
Milli.Az